Tiflisə gedənlər diqqətli olun:-Cərimələnə bilərsiz

Qatar tiflis

2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar ölkə ərazisində qalma müddətini əhatə edən tibbi sığortaya malik olmalıdırlar. Qayda turizm, işgüzar səfər və tranzit məqsədilə ölkəyə daxil olan bütün sərnişinlərə şamil olunur. Bəs, Bakı–Tiflis qatarı ilə səyahət edənlər üçün bu məsələ necə tənzimlənəcək?  Qerbxeber.com xəbər verir ki. bu barədə Manset.az-a açıqlama verən … Read more

Paşinyan: Son döyüş başladı,”mafiya”nı məğlub edəcəyik

Paşinyan seşki

Ermənistan Baş naziri Nikol Paşinyan seçiciləri ilə görüşü zamanı “Çiçəklənən Ermənistan” partiyasının sədri, oliqarx Qaqik Sarukyana məxsus “Ararat” sement zavodunun milliləşdiriləcəyini açıqlayıb. Qerbxeber.com xəbər verir ki, o, Sarukyan və digər daxili radikal qüvvələri “mafiya” adlandırıb. “Növbə “Ararat” sement zavodunundur. Tezliklə oğurlanmış avadanlıqları dövlətə qaytaracağıq. Deyirlər ki, bunu təzə öyrənmisiniz? Biz təkcə öyrənməmişik, həm də sübut etmişik. … Read more

Almanya Prezidenti:İranla müharibə lazımsızdır

Frank walter steinmeier

“ABŞ və İsrail tərəfindən İranla başlanan müharibənin qarşısını almaq mümkün idi”. Qerbxeber.com xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deyib. “Bu, lazımsız müharibədir”, – prezident bildirib. Ştaynmayer ABŞ-nin 2018-ci ildə çıxdığı İranın nüvə proqramı ilə bağlı Tehranla 2015-ci ildə imzalanmış müqaviləni xatırladıb: “Bu müqaviləni qoruyub saxlasaydıq, yaxşı olardı. İndi üzləşdiyimiz nəticələrin qarşısı alına bilərdi”.

Ərdoğan Trampla telefonla danışdı

Tramp erdogan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ lideri Donald Trampla telefonla danışıb. Qerbxeber.com xəbər verir ki, telefon danışığı zamanı Türkiyə-ABŞ ikitərəfli münasibətləri ilə yanaşı, regional və qlobal məsələlər də müzakirə olunub. Görüşdə Prezident Ərdoğan münaqişə zonasında atəşkəsin uzadılması qərarını inkişaf kimi qiymətləndirib, mübahisəli məsələlərin ağlabatan həllinin mümkün olduğuna inandığını bildirib. Prezident Ərdoğan Suriyada sabitliyin bərqərar olmasının bütün … Read more

Arda Gülər “Real”da yenidən məşqə başladı

Ardaantrenman

Real Madrid” La Liqanın 38-ci və son turunda “Atletik”lə keçirəcəyi oyunun hazırlığını davam etdirir. Madrid komandasının məşqində Arda Gülərlə bağlı diqqətçəkən məqam yaşanıb. Zədəsini geridə qoyan Türkiyə millisinin üzvü komanda məşqinin bir hissəsində iştirak edib. Bu, futbolçunun tam bərpa prosesinə yaxınlaşması kimi qiymətləndirilir. Qeyd edək ki, Arda Gülər Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella tərəfindən … Read more

Tramp: 2032-ci ilə qədər bəlkə vəzifədə qalacam

Tramp muraciet

ABŞ Prezidenti Donald Tramp 2032-ci ilə qədər vəzifəsində qala biləcəyini bildirib. Qerbxeber.com Teleqraf.az-a istinadən xəbər verir ki, o, ABŞ Sahil Mühafizəsi Akademiyasının məzunları qarşısındakı çıxışında deyib: “Mən burada bir də 2028-ci ildə, bəlkə də 2032-ci ildə olacağam. Bilmirəm. Bəlkə də olacağam”. Qanuna görə, Trampın prezidentliyinin ikinci müddəti 2029-cu ilin yanvarında başa çatır.

Ruslar Cənubi Qafqaza”Putin yolu” çəkmək istəyir

Cənubi Qafqaz

Gürcüstandan Ermənistana qədər uzanacaq “Putin yolu” adlı logistika dəhlizi layihəsi təqdim edilib.  Qerbxeber.com Globalinfo.az-a istinadən  xəbər verir ki, bunu Moskvada keçirilən konfrans zamanı Rabitə İnkişafı İnstitutunun direktoru Vladislav Qasumyanov bildirib. O qeyd edib ki, layihə regionda Qərbin təşəbbüsü ilə həyata keçirilən nəqliyyat və logistika marşrutlarına alternativ kimi nəzərdə tutulur. Qasumyanovun sözlərinə görə, yeni dəhliz Rusiya ilə Cənubi Qafqaz arasında iqtisadi və nəqliyyat … Read more

Tramp İranı hədələdi: Əvvəlkindən daha geniş hücum olacaq

Tramp yeni1

Vaşinqton və Tehran atəşkəs şərtləri ilə bağlı razılığa gələ bilməsə, ABŞ İrana qarşı əvvəlkindən daha genişmiqyaslı hücumlar həyata keçirəcək”. Qerbxeber.com xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp deyib. “Biz onlara çox sərt zərbələr endirdik. Amma bunu yenidən və daha sərt formada edə bilərik. Ümid edirəm ki, buna məcbur qalmayacağıq”, – deyə Tramp bildirib. O, İranın nüvə … Read more

Gələn həftə 5 gün iş olmayacaq

Qurban qoc

Gələn həftə Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq. Qerbxeber.com 2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən xəbər verir ki, növbəti həftə ölkədə 2 bayram qeyd ediləcək. Belə ki, 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür. Qurban bayramı və Müstəqillik günləri üst-üstə düşdüyündən, Əmək Məcəlləsinə əsasən, mayın 29-u da qeyri-iş günü olacaq. Bununla da, … Read more

Bakı-Tbilisi -Bakı marşrutunun açılışında xüsüsi təntənəli tədbir olacaqmı?

7c376 qatar

Xəbər verdiyimiz kimi, 26 maydan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının hərəkəti bərpa olunacaq. Bu, Bakı və Tbilisi arasında sərnişin qatarlarının 6 illik fasilədən sonra yenidən fəaliyyətə başlaması deməkdir. Proses çərçivəsində qatar xəttinin açılış mərasiminin keçirilib-keçirilməyəcəyi də maraq doğurur. Açılış tədbirinə hər iki ölkənin rəsmi nümayəndələri və deputatları qatılacaqmı? Qerbxeber.com bildirir ki,bununla bağlı Globalinfo.az Azərbaycan Dəmir Yolları … Read more

Tramp: Çin İrana silah göndərməyəcək

Tramp Si cinpin

Çin liderləri ABŞ administrasiyasını İrana silah tədarük etmək niyyətində olmadıqlarına əmin ediblər. Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib. “Çin Prezidenti Si Cinpin mənə İrana heç bir silah göndərməyəcəyinə əminlik verdi. Bu, gözəl bir vəddir. Mən onun sözünə inanıram. Mən Pekinin mövqeyini yüksək qiymətləndirirəm”, – deyə Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Putin də Çinə getdi

Putin szinpin121

Rusiya Prezidenti Vladimir Putin Çinə səfər edib. Qerbxeber.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Putinin təyyarəsi Pekinə eniş edib. Səfər iki ölkə arasında dostluq və əməkdaşlıq müqaviləsinin 25-ci ildönümünə təsadüf edir. Səfər zamanı Putin və Si Cinpinin ikitərəfli əlaqələr, iqtisadi əməkdaşlıq, strateji tərəfdaşlıq, eləcə də əsas beynəlxalq və regional məsələləri müzakirə edəcəyi gözlənilir. … Read more

Tramp: ABŞ İrana qarşı daha genişmiqyaslı hücuma keçə bilər

Tramp yeni

ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər İran şərtlərlə razılaşmasa, Birləşmiş Ştatlar ona qarşı daha bir zərbə endirməyə hazır olacaq. Qerbxeber.com xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib: “Onlara daha bir böyük zərbə vurmalı ola bilərik. Hələ əmin deyiləm”. Bazar ertəsi günü ABŞ lideri bildirib ki, Tehranla razılığa gəlmək üçün fürsət tanımaq üçün … Read more

Kobaxidze: Azərbaycanla bir neçə sahədə mühüm sazişlər imzalanıb

Kobaxidze

Növbəti 20 il ərzində Gürcüstana sosial tariflə qaz veriləcək, əlbəttə, bunun üçün Azərbaycan tərəfinə xüsusi minnətdarlığımızı bildirməliyik”. Qerbxeber.com xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirilən brifinqdə deyib. Hökumət başçısının sözlərinə görə, Azərbaycana son səfəri zamanı bir neçə sahədə mühüm sazişlər imzalanıb: “Birinci istiqamət Azərbaycandan qaz idxalı və tranziti ilə bağlıdır. Sosial … Read more

Bakıda yağış sularının idarə olunması üçün islahatlara ehtiyac var-Eldar Əzizov

Eldar

Bakıda bir neçə gün əvvəl müşahidə olunan intensiv yağışlar şəhər infrastrukturunun iqlim dəyişikliklərinə uyğunlaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsini zəruri edir. Bakıda keçirilən Dünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində təşkil olunan tədbirdə  bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib. Onun sözlərinə görə, son günlərdə yağan güclü yağışlar iqlim dəyişikliklərinin təsirlərini bir daha nümayiş … Read more

ABŞ İrana bu güzəşti etdi

Iran abs 900x600

ABŞ danışıqlar dövründə İranın neft sektoruna tətbiq olunan sanksiyaların dayandırılmasına razılaşıb. Qerbxeber.com xəbər verir ki, bu barədə İranın danışıqlar heyətinə yaxın mənbə “Tasnim”ə məlumat verib. Qeyd olunub ki, İran bütün sanksiyaların ləğvini Vaşinqtonun öhdəlikləri arasında görür, ABŞ isə müvəqqəti güzəştin yalnız yekun anlaşma əldə edilənədək qüvvədə olmasını təklif edir.

ADY: Bakı-Tbilisi şərnişin qatarının bərpası ilə bağlı danışıqlar aparılır

Baki Tbilisi Qatarı

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparır. Bu barədə Qerbxeber.com-a ADY-dən məlumat verilib. “Verilmiş tapşırığa əsasən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən Gürcüstan Dəmir Yolları ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır”, – ADY-dən bildirilib.

Fidan Türkiyənin AB-dən gözləntilərini açıqladı

Fidan tek

Avropa Birliyindən əsas gözləntimiz Türkiyə ilə münasibətlərin və AB-yə üzvlük prosesimizin siyasi motivlərdən asılı olmayaraq həyata keçirilməsidir. Qerbxeber.com xəbər verir ki, bu açıqlama ilə Almaniyada səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan çıxış edib. Onun sözlərinə görə, dövrün ruhu Türkiyə-AB münasibətlərinə daha real, strateji və nəticəyönümlü yanaşma tələb edir: “Qeyri-qanuni miqrasiya ilə mübarizədən və regional … Read more

Koçaryanın yalanı: 44 günlük savaşda “əlaqələrimi”işə salmağa çalışdım

Koçaryan

Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Köçəryan 44 günlük müharibə zamanı “vəziyyəti həll etmək üçün əlaqələrindən istifadə etməyə çalışdığını” iddia edib.  Qerbxeber.com Axar.az-a istinadən xəbər verir ki, o, bu barədə seçki təbliğatı çərçivəsində seçicilərlə görüşündə deyib. Köçəryanın sözlərinə görə, hərbi əməliyyatların başlamasından 3-4 gün sonra artıq ona aydın olub ki, Qarabağda baş verənlər “yaxşı … Read more

Tramp Pentaqonla İrana zərbə planlarını müzakirə edib

Tramp yeni5

ABŞ Prezidenti Donald Tramp həftəsonu milli təhlükəsizlik komandası ilə İran məsələsini müzakirə edib. Qerbxeber.com xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb. Məlumata görə, toplantı şənbə günü Trampın Virciniya ştatındakı qolf klubunda keçirilib. Görüşdə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Retkliff və prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak … Read more