Tramp İranı hədələdi: Əvvəlkindən daha geniş hücum olacaq
Vaşinqton və Tehran atəşkəs şərtləri ilə bağlı razılığa gələ bilməsə, ABŞ İrana qarşı əvvəlkindən daha genişmiqyaslı hücumlar həyata keçirəcək”.
Qerbxeber.com xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp deyib.
“Biz onlara çox sərt zərbələr endirdik. Amma bunu yenidən və daha sərt formada edə bilərik. Ümid edirəm ki, buna məcbur qalmayacağıq”, – deyə Tramp bildirib.
O, İranın nüvə silahına sahib olmayacağına söz verib.
“Onlar daha çox razılaşma istəyirlər. Görək vəziyyət necə olacaq”, – deyə Amerika lideri vurğulayıb.
Xatırladaq ki, Tramp daha öncə ABŞ-İran danışıqlarının son mərhələdə olduğunu bildirmişdi.



