ADY: Bakı-Tbilisi şərnişin qatarının bərpası ilə bağlı danışıqlar aparılır
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Tbilisi sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparır.
Bu barədə Qerbxeber.com-a ADY-dən məlumat verilib.
“Verilmiş tapşırığa əsasən Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən Gürcüstan Dəmir Yolları ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır”, – ADY-dən bildirilib.





