Bakı-Qazax yolunun Ağstafa rayonunun Köçəsgər kəndi ərazisindən keçən hissəsində ağacların yeri dəyişdirilib.
“Bölgənin Səsi” saytının məlumatına görə, belə ki, ağaclar darandıqdan sonra çıxarılaraq yolun genişləndirilmiş hissəsində yenidən basdırılıb.
Qeyd edək ki, bir neçə gün qabaq eyni yolun Şəmkir rayonundan keçən hissəsində basdırılmış ağaclar yandırılaraq məhv edilmişdi.