Dünya

Zelenski Britaniya Baş naziri Starmer ilə dron istehsalını müzakirə edib

7 iyul / 23:25 1 dəq
Zelenski starmer
7 iyul / 23:25
Burada sizin reklamınız ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə telefon danışığı aparıb.

Qerbxeber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Zelenski sosial media hesabında bildirib.

Zelenski qeyd edib ki, telefon danışığında birgə diplomatik səylər müzakirə edilib: “Biz bir neçə gündən sonra Romada baş tutacaq “İstəklilər Koalisiyası”nın iclası ilə bağlı gözləntiləri müzakirə etdik. Qəbul edilən qərarların mümkün qədər güclü olmasını təmin etmək üçün çalışırıq”.

O vurğulayıb ki, tərəflər həmçinin Ukraynanın yerli dron istehsalı üçün bu ay veriləcək əlavə maliyyəni müzakirə ediblər: “Biz əsas tərəfdaşlarla digər əməkdaşlıq formatlarını, xüsusilə “Ramşteyn” formatını gücləndirmək üzərində işləmək barədə razılığa gəldik”.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı