Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Siyasət

Zakir Həsənov Kral Kollecinin nümayəndə heyəti ilə görüşüb

7 may / 16:27 3 dəq
48213385 3332 47bf a2f2 77ae4fb92120
7 may / 16:27
Burada sizin reklamınız ola bilər

Mayın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Böyük Britaniya Müdafiə Tədqiqatları üzrə Kral Kollecinin professoru David Ellerinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, kollecdə təmsil alan Böyük Britaniya, Malayziya, Keniya, Oman, Qətər, Küveyt, ABŞ, Kolumbiya, Cənubi Koreya, Çin və digər ölkələrin ali rütbəli zabitləri, diplomatlar və dövlət qulluqçularının təmsil olunduğu heyəti salamlayan Müdafiə naziri onlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, habelə ölkəmiz tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına verilən töhfə və digər məsələlər barədə ətraflı məlumat verib.

General-polkovnik Z.Həsənov Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlıq proqramları, xüsusi ilə hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlərin vacibliyini də görüş iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə naziri xatırladıb ki, Azərbaycan Respublikasının və Birləşmiş Krallığın Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən Böyük Britaniya Müdafiə Tədqiqatları üzrə Kral Kolleci tərəfindən təşkil olunan kurslarda 2012-ci ildən Azərbaycan Ordusunun zabitləri də fəal iştirak edirlər. General-polkovnik Z.Həsənov bu istiqamətdə göstərilən dəstəyə görə Britaniya tərəfinə təşəkkürünü bildirib.

Professor D.Elleri də öz növbəsində kollecin fəaliyyəti barədə məlumat verərək təşkil edilən kursların vacibliyi və bu cür səfərlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayaraq səmimi qəbula görə heyət üzvləri adından Müdafiə nazirinə minnətdarlığını bildirib.

Görüş zamanı general-polkovnik Z.Həsənov qonaqları maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı