Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 225 580 hərbçisi məhv edilib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 4 031 tank, 7 820 zirehli maşın, 4 055 artilleriya sistemi, 624 reaktiv yaylım atəşi sistemi, 385 hava hücumundan müdafiə sistemi, 314 təyyarə, 308 helikopter, 3 482 PUA, 1 259 qanadlı raket, 18 gəmi/qayıq, 6 751 avtomobil texnikası və avtosistern, 557 xüsusi texnikadan ibarətdir.