Dünya

İlon Mask: “Gələcəyin müharibəsi pilotsuz olacaq”

2 iyun / 10:16 2 dəq
İlon mask
2 iyun / 10:16
Burada sizin reklamınız ola bilər

Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Rusiyanın strateji hərbi hava bazalarına həyata keçirdiyi dron hücumu dünya mediasında geniş rezonans doğurub. Hücumun texniki effektivliyi və nisbətən az maliyyə vəsaiti ilə nəhəng zərər vurması texnoloji dairələrdə müzakirə mövzusuna çevrilib.

Qerbxeber.com xəbər verir ki, ABŞ-lı milyarder və “SpaceX”in qurucusu İlon Mask da bu hadisəyə münasibət bildirib. O, X (keçmiş Twitter) sosial şəbəkəsində SBU-nun hücumu haqqında paylaşılmış yazını şərh edərək bildirib:

“Dronlar – bu, hərbi işin gələcəyidir. Pilotlu təyyarələr – artıq deyil.”

Mask bu fikrini, hücumun təsirini izah edən statistikaya istinadla səsləndirib. Belə ki, SBU-nun təqribən 1 milyon dollar dəyərində dronlarla həyata keçirdiyi hücum nəticəsində Rusiyaya təqribən 2 milyard dollardan çox ziyan dəydiyi qeyd olunub.

Qeyd edək ki, Ukrayna tərəfinin rəsmi məlumatlarına əsasən, “Hörümçək” kod adlı əməliyyat çərçivəsində 117 pilotsuz aparat Rusiya ərazisinə daxil olaraq Tu-95, Tu-22M3 və A-50 tipli strateji bombardmançı və xəbərdarlıq təyyarələrini sıradan çıxarıb. Əməliyyatın idarəsi Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri general Vasili Malyuk tərəfindən həyata keçirilib.

 

Paylaş
Burada sizin reklamınız ola bilər