Sosial

Qazaxda bıçaqlanma hadisəsi baş verib

2 may / 12:50 1 dəq
8826b017 4c88 4789 baf2 6c05e45ff22c
2 may / 12:50
Burada sizin reklamınız ola bilər

Qazaxda 38 yaşlı qadın bıçaqlanıb.

Rayonun Birinci Şıxlı kənd sakini 38 yaşlı Elmira Tapdıq qızı Orucova boyun, kürək və bədənin digər nahiyələrindən çoxsaylı bıçaq xəsarəti ilə Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib. Əməliyyat olunan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Onun mübahisə zəminində qonşusu 48 yaşlı Mürsəl Hüseynovtərəfindən bıçaqlandığı məlum olub. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş
Burada sizin reklamınız ola bilər