Hazırda bir çox banklara məxsus kartlar işləmir və hər hansı bir əməliyyat aparmaq mümkün deyil.
Qerbxeber.com bildirir ki, problem ilə bağlı Azərikart məlumat yayıb.
Qeyd olunub ki, Azərikartın xidmət göstərdiyi bankların ATM-lərindən, POS terminallarından və mobil tətbiqlərindən istifadə zamanı hazırda da davam edən müəyyən məhdudiyyətlər yaranıb.
Texniki xidmət göstərən şirkətlə birgə məsələ ilə bağlı tədbirlər görülür və problem tezliklə həll olunacaq.