Ukrayna nazirliklər və Prezident Ofisinin rəhbəri səviyyəsində ABŞ Prezidenti Donald Trampın komandası ilə ünsiyyəti davam etdirəcək.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Biz razılaşdıq – müdafiə nazirləri, həmçinin ABŞ dövlət katibi və xarici işlər naziri, eləcə də müxtəlif səviyyələrdə ofisimin rəhbəri və ABŞ tərəfindən onun həmkarları ünsiyyətdə olacaqlar”, – Zelenski Kiyevdə Polşa Prezidenti Andjey Duda ilə birgə mətbuat konfransında qeyd edib.