İqtisadiyyat

Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən dəmir yolu İrandan keçəcək

9 oktyabr / 09:59 1 dəq
2a4eb99c 38c2 362e 92e6 15732a4e3304 (1)
9 oktyabr / 09:59
Burada sizin reklamınız ola bilər

Bakı və Tehran arasında Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan MR arasında yeni dəmir yolu xəttinin tikintisi haqqında niyyət protokolu imzalanıb.

Qərb xəbər “bildirir ki, dəmir yolunun İran ərazisindən keçməsi nəzərdə tutulur.

Sənəd baş nazirin müavini Şahin Mustafayevin İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaşla görüşünün yekununda imzalanıb.

Görüşdə Astaraçay üzərində körpünün yaxınlaşma yollarının tikintisi və sərhəd-gömrük infrastrukturunun yaradılması üzrə təxirəsalınmaz tədbirlərin görülməsinin zəruriliyini vurğulanıb.

Həmçinin Astara yük terminalının tikintisinin tezliklə başa çatdırılması məqsədilə dövlət qurumlarına tapşırıqlar verilib.

Paylaş
Burada sizin reklamınız ola bilər