Tovuz rayonunun Əlibəyli kəndində yerli sakin minaya düşərək xəsarət alıb.
“Qərb Xəbər”in məlumatına görə, rayon sakini Abdulla Ələsgərov ərazidə olan zaman minaya düşərək yaralanıb.
Xəstəxanaya yerləşdirdilən A.Ələsgərovun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.