Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Ağstafa

Ağstafada “Çağrıtəpə” abidəsində arxeoloji qazıntılar zamanı Neolit dövrünün izlərinə rast gəlinib

13 iyun / 12:30 3 dəq
09ce8713b576a09c7fc62e31b1467dc1
13 iyun / 12:30
Burada sizin reklamınız ola bilər

Ağstafada Neolit dövrünə aid “Çağrıtəpə” abidəsində 3 ildən bəri aparılan qazıntı işlərinin növbəti mərhələsinə başlanılır. Burada üst qat götürülərək növbəti mərhələyə qədəm qoyulacaq.

“Qərb Xəbər” məlumat verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun ekspedisiyasının Ağstafa rayonunun Xətai kəndi ərazisində Neolit dövrünə aid yaşayış yerinin tədqiqatına başladığı müddətdən 3 il keçir. Bu illər ərzində ekspedisiya qrupu qazıntı zamanı ərazidən zəngin mədəniyyət nümunələri əldə edib. İlkin analizlərə görə, ərazinin qədim sakinləri çay ətrafı olduğuna görə burada kompakt yaşayıblar. Son əldə olunan nailiyyətlərdən biri də dairəvi şəkildə yaşanılan kompakt düşərgədə tikililərin aşkar edilməsidir.

Ekspedisiyanın rəhbəri AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri Nəcəf Museyibli bildirib ki, abidə sovet dövründən məlum olsa da onun tədqiqinə son illərdə başlanılıb. “Burada aşkar olunmuş bütün tapıntılar abidənin Neolit dövrünə aid olduğunu, yəni təxminən 8 min il yaşı olduğunu söyləməyə əsas verir. Bu abidənin qədim sakinləri əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olublar. Aşkar olunmuş tapıntılar müxtəlif daşdan, obsidiandan, sümükdən hazırlanmış məişət əşyalarından ibarətdir, – deyə N.Museyibli bildirib.

Hazırda 200 kvadratmetrlik ərazidə arxeoloji qazıntılar davam edir. Artıq üst qatda aşkara çıxmış maddi mədəniyyət nümunələri götürülərək alt qatlara doğru qazıntı aparılacaq. “Ərazidə aparılan qazıntılar bölgənin Neolit dövrünün araşdırılması üçün olduqca əhəmiyyətlidir. Eyni zamanda, qazıntılar ərazinin Azərbaycanın Cənubi Qafqaz və Yaxın Şərq mədəniyyəti sistemlərində yerini müəyyənləşdirməyə imkan verir”, – deyə institutun şöbə müdiri əlavə edib.

Tapılan maddi mədəniyyət nümunələrinin analiz və dəqiq tədqiq edilməsi üçün arxeoloji qazıntılar haqqında məlumatın öncə ölkəmizdə nəşri, analizlərdən sonra daha geniş formada tərcümə edilərək digər ölkələrdə çapı nəzərdə tutulur.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı