14 iyun 2025-ci ildə ölkənin hər yerində orta məktəblərin 11-ci sinif şagirdləri “Son zəng”i qeyd ediblər.Müxtəlif yerlərdə gənclər bu şad günlərini daha yadda qalan etmək üçün fərqli proqramlar düzənləyiblər.
Belə rəngli görüntülərdən birini də Qerbxeber.com-un xüsusi müxbiri Zaqatala şəhərində lentə alıb.
Zaqatalanın Zərifə Əliyeva adına mədəniyyət və istirahət parkında axşam saatlarında yüzlərlə məzun toplaşaraq “Son zəng”lərini qeyd edib,əyləniblər.