Dünya

Tramp İranla Ukraynanı səhv saldı

Bu gün / 09:38 1 dəq
Tramp muraciet
Bu gün / 09:38
Burada sizin reklamınız ola bilər

ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Qerbxeber.com  Teleqraf.az-a istinadən xəbər verir ki, Ağ Evdə jurnalistin sualını cavablandıran Trampın çıxışı zamanı Ukrayna ilə İranı səhv saldığı ehtimal olunur. ABŞ lideri Ukraynanın hərbi baxımdan məğlub olduğunu iddia edərək donanması barədə rəqəmlər səsləndirib.

“Düşünürəm ki, hərbi baxımdan Ukrayna məğlub olub. Onların donanmasına baxın. 159 gəmidən ibarət idi və indi hamısı suyun altındadır”, – deyə o bildirib.

Qeyd olunur ki, səsləndirilən bu statistika daha çox İranla bağlı məlumatlara uyğun gəlir.

Bundan əvvəl Tramp ABŞ-ın İrandan açıq şəkildə məğlubiyyətini etiraf etməsini gözlədiyini açıqlamışdı. ABŞ Müdafiə Nazirliyinin maliyyə bölməsinin rəhbər vəzifəsini icra edən Culs Hörst isə İranla bağlı əməliyyatlara 25 milyard dollar xərcləndiyini bildirib.

Paylaş
Burada sizin reklamınız ola bilər