“Ermənistanın heç vaxt öz siyasəti olmayıb”
Bu sözləri “Qərb Xəbər”ə danışan millət vəkili Aqil Abbas deyib.
O, Paşinyanın apardığı siyasətin Ermənistanı ağır fəlakətə apardığını söyləyib: “Paşinyan siyasətini özü həll etmir. Bir adam öz siyasətini həll etmirsə, bugün Avropa parlamentinə qulaq asır, sonra Putin zəng edir atasına söyür sonra Rusiyanın dediyinə qulaq asır. Söhbət təkcə siyasəti olmayan Paşinyandan getmir. İstər Paşinyan, istər Sarkisyan. Ona görə də belə ifadələr işlədir. Nəticəsidə onun üçün ağır olacaq”.
Deputat Paşinyanın bu çıxışının arxasında Rusiyanın durduğu vurğulayıb: “Paşinyan sərt danışırsa Rusiya, Putinin sözüdür. Yumuşaq danışırsa Avropanın sözüdür. İki əri var bilmir hansının sözünə qulaq assın.Rusiyanın marağı ondadır ki, sülhməramlılar uzun müddət orada qalsınlar. Marağı nə olacaq? Rusiyanın marağını heç şeytan da bilmir. Rusiyanın öz maraqları var. Rusiya istəyir ki, Türkiyə ilə Azərbaycan arasında həmişə bu iki ölkəni birləşməyə qoymayan bir dövlət olsun. O da Ermənistandır. Azərbaycanda bir gərginlik olsun Rusiya istiyir bütün dünyanı gərginlikdə saxlasın. Ukraynanı, indi Qazaxıstanı hədələyirlər. ÖZbəkistanı hədələyirlər, Moldovanı da ordan hədələyirlər. Dİnc otura bilmirlər də bunların qanında var”.
Ceyhun Qurbanov