“Paşinyan normal zehni intellectual qabiliyyətə malik deyil”
Bu sözləri politoloq Qabil Hüseynli Ermənistan Baş Naziri Nikol Paşinyanın bir neçə gün öncə verdiyi müsahibəsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Paşinyan Azərbaycanı dünyaölkələri içində olan nüfuzunu aşağı salmğa çalışır: “Paşinyanın hərəkətləri təbiəti və mənsub olduğu millətin xisləti ilə daha çox bağlıdı.O, Dünən dediyi sözdən bu gün imtina edən,əldə edilmiş şifahi və yazılı razılaşmalardan bir gün sonra imtina edir. Brüssel də keçirilən 2 görüşün,Soçidə keçirilən bir neçə görüşün nəticələrini özü bildiyi kimi təərrif edir. Belə biri zənnimcə normal zehni intellektual qabilliyətə malik deyil və yaxudda ki,qarşı tərəfə müxtəlif yollarla şər böhtan yağdırıb dünya içtimayi rəyində onu gözdən salmaq istəyir. Paşinyan qeyd edirki onun ölkəsini blokadaya salmışıq ama onun ölkəsini blokadadan çıxarmaq istəyən də buna qarşı gəlir”.
Bundan başqa politoloq Paşinyanın Azərbaycanı yeni müharibəyə hazırlaşmaqda günahlandırması ilə bağlı da danışıb. O, müharibəyə hazırlaşan ölkənin tikinti və yenidən quruculuğa bu qədər önəm verməyəcəyini vurğulayıb: “Paşinyan Azərbaycanın müharibəyə hazırlaşdığını bildirib. Müharibəyə hazırlaşan ölkə işğal olunmuş torpaqların da belə böyük quruculuq işləri apara bilməzdi. Buna görə də onun söylədikləri şər və böhtandan ibarətdir. Bu nöqteyi nəzərdən onun dedikləri son dövrdə sülh yaratma prossesinə əngəllər yaradır. Bunu ona qəyyumluq edən dövlətlərin sifariş etdiyini istisna etmək olmaz. Həm də daxili ictimai rəyə hesablanmış çıxış hesab etmək olar”.
Qabil Hüseynli Minsk qrupunun fəaliyyətini yenidən aktivləşdirməyə çalışdığını deyib: “Paşinyan yenidən ATƏT-in Minsk qrupunun fəaliyyətini başlatmağa çalışır. İndi isə Azərbaycanın ərazi bütövlüyünü tanımaq barədə bir mənalı fikir söyləmir. Qarabağın dağlıq hissəsin də olan ermənilərin statusu ilə bağlı problemlərin olduğunu iddia edir. Nəticə etibarı ilə əvvəl razılaşdırılmış məsələlərin yenidən gündəmə gətirir və Azərbaycan üçün əngəllər yaradır. Azərbaycanın ərazi bütövlüyünü tanımır. Qarabağda olan ermənilərin status məsələsini gündəmə gətirir və sözün həqiqi mənasında razılaşdırılmış müddəaları yenidən müzakirə obyektinə çevirir. Ola bilsinki daxildəki revanşist qüvvələrin təsiri altındadı,yaxud Rusiyada müəyyən dairələrin təsiri altındadır.Bu məsələni indidən gündəmə gətirillər.Paşinyan elə düşünür ki, Amerika Qarabağ ermənilərini problemlərindən danışmağa başlıyıbsa,Fransa bunu qızışdırıbsa bu məsələ ətrafında polemika açmaq olar”.
Ceyhun Qurbanov