Türkiyə, İsveç və Finlandiya Madriddə keçirilən danışıqlardan sonra birgə bəyanat imzalayıb.
İmzalanma mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə aparılan danışıqlardan dərhal sonra baş tutub. Türkiyə tərəfdən sənədi xarici işlər naziri Mövlud Çavuşoğlu imzalayıb.
Finlandiya Prezidenti Sauli Niinistönin ofisi Türkiyənin bu həftə Madriddə keçiriləcək sammitdə Finlandiya və İsveçin NATO üzvlüyünə dəstək verəcəyini bildirib.
Rəcəb Tayyib Ərdoğan, Finlandiya Prezidenti Sauli Niinistö, İsveçin Baş naziri Maqdelena Andersson və NATO-nun baş katibi Yens Stoltenberqin qatıldığı Dördtərəfli Zirvədə imzalanma baş tutub.
Bu sözləri Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə dəstək verməsi barədə imzalanmış sənədi şərh edərkən politoloq Elman Vəliyev “Qərb Xəbər”ə deyib.
O, bildirib ki, Türkiyə öz narahatlıqlarını imzalanmış sənədlə son qoyub: “Türkiyə bu dəfə İsveç və Finlandiyanın NATO-ya üzv olmağına veto verməyəcək. İndiyə qədər Türkiyə iki dövlətin NATO-ya qəbul edilməsinin veto vermişdi. Bunda da öz maraqları var idi. İsveç və Finlandiya terrora dəstək verən ölkələrdəndir. Türkiyə əvvəldən özü terrorla mübarizə aparan bir dövlət olduğu üçün təhlükəsizlik problem yaranırdı. Buna görə də təhlükəsizlik ilə bağlı problemləri aradan qaldırmaq istəyirdi. Nəhayət bunu Mdriddə keçirilən sammitdə nail oldu. Tərəflər arasında mamerandum imzalandı. Ən əsas burda Türkiyənin qazandığı o oldu ki, İsveç və Finlandiya rəsmi şəkildə bildirdilərki terrora dəstək verməyəcək. PKK və onun qolları olan YPG,PYG-ə dəstək verməyəcək. Onları bir terror təşkilatı kimi tanıyacaq, həmçinin FETO-da bunlara daxildir. Bundan başqa Türkiyənin Avropa ilə yaxınlaşmasına mane törətməyəcək,müsbət qarşılayacaq. Türkiyə əvvəlcədən İsveç və Finlandiyada olan terror təşkilatlarının əməkdaşlarının departasiyasını tələb edirdi. Ancaq buna razı olmurdular. İndi bu memarandumun şərtlərində bunlar da oda var. Türkiyə həmçinin İsveç və Finlandiyanın NATO-ya üzv olmağa razılıq verdi”.
“Yeni Yunanıstan hadisəsi baş verə bilər”
Politoloqun sözlərinə görə, burada əsas məsələ İsveç və Finlandiya Yunanıstanın etdiyi kimi edə bilərmi: “İstisna etmirəm çünki, İsveç və Finlandiya da terrora dəstək verən ölkələrdədi. Orada terror təşkilatlarının adamları,lobbisi var. Doğrudur rəsmi şəkildə qəbul edib ancaq əmin deyiləm ki,onlar terrordan əl çəkər,terror təşkilatlarına dəstək verməkdən əl çəkər. Əgər İsveç və Finlandiya əvvəlki hərəkətlərini sərgiləsə Türkiyə yenə veto hüququndan istifadə edə bilər. Aliyansa etirazını bildirə bilər. Çünki, bu rəsmi bir sənətdir və çox önəmlidi. Mənim fikrimcə bundan sonra terror təşkilatları daha da aktivləşəcək. İsveç və Finlandiya bunu qəbul etdi ama onların terrora marağı var. Neçə ildirki terrora dəstək verdiyi üçün qayıdıb anti terror əməliyyatı keçirsə artıq onlara problem yaranacaq”.
Qurbanov Ceyhun