Tramp və Putin telefonla danışıb
Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ lideri arasında telefon danışığı olub.
Qerbxeber.com xəbər verir ki, Putin ilə Tramp arasında telefon danışığı 1,5 saatdan çox davam edib.
Danışıq zamanı Vladimir Putin Donald Trampa qarşı sui-qəsd cəhdini qətiyyətlə pisləyib və ona dəstəyini ifadə edib.
Putin telefon danışığı zamanı 9 may Qələbə günündə atəşkəs elan etməyə hazır olduğunu bildirib və Tramp bunu dəstəkləyib.
Putin Trampın İran ətrafında atəşkəsin uzadılması qərarının düzgün olduğunu qeyd edib.
Putin Amerika liderinə İranda quru əməliyyatının qəbuledilməz və təhlükəli olduğunu bildirib.
“Rusiya prezidenti ABŞ və İsrailin yenidən güc tətbiq edəcəyi təqdirdə təkcə İran və qonşuları üçün deyil, bütün beynəlxalq ictimaiyyət üçün qaçılmaz, son dərəcə ağır nəticələrə diqqət çəkib. Əlbəttə ki, İran ərazisində quru əməliyyatı tamamilə qəbuledilməz və təhlükəli görünür” – məlumatda qeyd olunur.
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında baş tutan bu telefon danışığı Trampın 2025-ci ilin əvvəlində Ağ Evə qayıdışından sonra sayca 12-ci olub. Liderlərin əvvəlki telefon danışığı martın 9-da keçirilib.



