Dünya

Yaponiya ABŞ-ın rüsum siyasətinə cavab vermək niyyətindədir

27 mart / 09:21 1 dəq
67e4c43140e3a67e4c43140e3b174304568167e4c43140e3867e4c43140e39
27 mart / 09:21
Burada sizin reklamınız ola bilər

Yaponiya hökuməti Vaşinqtonun avtomobil idxalına 25% rüsum tətbiq etməsinə cavab vermək üçün bütün variantları araşdıracaq.

Qerbxeber.com xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı ölkənin baş naziri Şiqeru İşiba deyib.

“Biz müvafiq cavab barədə düşünməliyik. Təbii ki, biz bütün mümkün variantları nəzərdən keçirəcəyik”, – o bildirib.

İşiba vurğulayıb ki, Yaponiya ABŞ iqtisadiyyatına əhəmiyyətli investisiyalar yatırıb və xeyli sayda iş yerləri yaradıb.

“Yaponiya ABŞ-a ən çox sərmayə qoyan ölkədir. Ona görə də biz düşünürük ki, həqiqətənmi ​​bütün ölkələrə də eyni münasibət göstərilməlidir?”, – o əlavə edib.

Qeyd edək ki, avtomobil sənayesi Yaponiya iqtisadiyyatının əsaslarından biri hesab olunur. Ona görə də ölkədə ən çox narahatlığa səbəb bu məhsulların idxal rüsumlarıdır.

Paylaş
Burada sizin reklamınız ola bilər