Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
“Qərb Xəbər” məlumat verir ki. hadisə rayonun Eldəniz Quliyev küçəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2345” markalı minik maşının sürücü idarəetməni itirib.
Qəza zamanı “VAZ”ın sürücüsü – rayonun Düz Cırdaxan kənd sakini 1975-ci il təvəllüdlü Abbasov Vüqar xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.