Gürcüstan Prezidenti Salome Zurabişvili 2024-cü il parlament seçkilərində iştirakını istisna etmir.
“Qərb Xəbər” məlumat verir ki, Prezident bu barədə “Azadlıq radiosu”nun Praqa ofisinə müsahibəsində bildirib.
“Əgər Gürcüstanın Avropa gələcəyi sual altına düşərsə mən hər şeyi nəzərdən keçirəcəyəm”, – Zurabişvili deyib.
O, əlavə edib ki, ölkəyə siyasi konsensusun geri qaytarılması məqsədilə prezidentlik dövrünü sona qədər davam etdirmək niyətindədir.