Bu gün Tovuz rayonunda qətl hadisəsi baş verib.
“Qərb Xəbər” saytının əldə etdiyi məlumata görə, Bozalqanlı kənd sakini 1991-ci il təvəllüdlü Mehdiyev Elnur Valeh oğlu qətlə yetirilib.
Adıçəkilən şəxs Tovuz rayonunda yerləşən evlərdən birinə oğurluğa girərkən ev sahibi mağazasında olan müşahidə kamerasından bunu görüb müdaxilə edib. Aralarında əlbəyaxa dava olub. Ev sahibi əlindəki bıçaqla Elnura xəsarət yetirib.
Elnur qaçıb yaxınlıqdakı evlərdən birinin həyətində gizlənib. Elə orada da vəfat edib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində və Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb.