Aqrar Subsidiya Şurası ölkə prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq, 2023-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
“Report” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2023-cü ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən olunub:
Bitki növləri | Əkin əmsalı | Əkin subsidiyası (manat/ha) | |
1.1. | Çəltik: | ||
1.1.1. | əsas əkinlər | 1,8 | 360 |
1.1.2. | təkrar əkinlər | 0,5 | 100 |
1.2. | Soya: | ||
1.2.1. | əsas əkinlər | 1,4 | 280 |
1.2.2. | təkrar əkinlər | 0,5 | 100 |
1.3. | Qarğıdalı: | ||
1.3.1. | əsas əkinlər | 1,1 | 220 |
1.3.2. | təkrar əkinlər | 0,5 | 100 |
1.4. | Darı: | ||
1.4.1. | əsas əkinlər | 1,1 | 220 |
1.4.2. | təkrar əkinlər | 0,5 | 100 |
1.5. | Sorqo: | ||
1.5.1. | əsas əkinlər | 0,7 | 140 |
1.5.2. | təkrar əkinlər | 0,5 | 100 |
1.6. | Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, noxud, lobya, mərci və s.) | 1,1 | 220 |
1.7. | Qarabaşaq | 1,1 | 220 |
1.8. | Yer fındığı | 1,1 | 220 |
1.9. | Zəfəran | 2,2 | 440 |
1.10. | Günəbaxan: | ||
1.10.1. | əsas əkinlər | 1,2 | 240 |
1.10.2. | təkrar əkinlər | 0,5 | 100 |
1.11. | Kartof: | ||
1.11.1. | əsas əkinlər | 1,4 | 280 |
1.11.2. | təkrar əkinlər | 0,5 | 100 |
1.12. | Tərəvəz | 1,15 | 230 |
1.13. | Bostan bitkiləri | 1,1 | 220 |
1.14. | Yonca | 0,25 | 50 |
1.15. | Digər bitkilər (pambıq, tütün və şəkər çuğunduru istisna olmaqla) | 0,65 | 130 |
1.16. | Üzüm: | ||
1.16.1. | 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə salınan bağlar | 40,0 | 8000 |
1.16.2. | 1.16.1-ci yarımbənddə müəyyən edilmiş bağlar istisna olmaqla 2020-ci ildən salınan bağlar | 3,2 | 640 |
1.16.3. | 2020-ci ildən əvvəl salınmış bağlar | 1,25 | 250 |
1.17. | Çay: | ||
1.17.1. | 2019-cu ildən salınan plantasiyalar | 3,7 | 740 |
1.17.2. | 2019-cu ildən əvvəl salınmış plantasiyalar | 1,25 | 250 |
1.18. | Meyvə: | ||
1.18.1. | İntensiv meyvə bağları: | ||
1.18.1.1. | 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək boş olan meşə fondu torpaqlarında və ya dağ və dağətəyi ərazilərdə salınan fındıq bağları | 25,0 | 5000 |
1.18.1.2. | 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan nar bağları | 15,0 | 3000 |
1.18.1.3. | 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınan zeytun bağları | 28,0 | 5600 |
1.18.1.4. | 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan limon və kinkan bağları | 58,0 | 11600 |
1.18.1.5. | 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan naringi və portağal bağları | 48,0 | 9600 |
1.18.1.6. | 1.18.1.1-1.18.1.5-ci yarımbəndlərdə müəyyən edilmiş bağlar istisna olmaqla 2020-ci ildən salınan bağlar | 3,65 | 730 |
1.18.1.7. | 2020-ci ildən əvvəl salınmış bağlar | 1,25 | 250 |
1.18.2 | Digər meyvə bağları: | ||
1.18.2.1. | 2022-ci ilin sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan şabalıd bağları | 4,0 | 800 |
1.18.2.2. | 1.18.2.1-ci yarımbənddə müəyyən edilmiş bağlar istisna olmaqla digər meyvə bağları | 1,25 | 250 |
1.19. | Giləmeyvə: | ||
1.19.1. | 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları | 48 | 9600 |
1.19.2. | 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək damcı suvarma sistemi ilə təmin olunmuş moruq bağları | 16,0 | 3200 |
1.19.3. | 2022-ci ildə sentyabrın 1-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları | 3,2 | 640 |
1.19.4. | 1.19.1.-1.19.3-cü yarımbəndlərdə müəyyən edilmiş bağlar istisna olmaqla digər giləmeyvə sahələri | 1,15 | 230 |
Aqrar Subsidiya Şurasının qərarına əsasən, İntensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:
– alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
– xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;
– limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
– fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
– badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
– qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;
– əzgil, zoğal, iydə, əncir, qoz, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.
Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.
2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-nə qədər deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində salınan intensiv zeytun bağlarının hər hektarına görə 5600 manat, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınan intensiv fındıq bağlarının hər hektarına görə 5000 manat məbləğində əkin subsidiyası ödəniləcək.
2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-nə qədər salınan hər hektar intensiv limon bağlarına görə 11600 manat, intensiv naringi və portağal bağlarına görə 9600 manat, intensiv nar bağlarına görə 3000 manat məbləğində əkin subsidiyası veriləcək.
Qeyd edilən bağlara görə əkin subsidiyasının alınması üçün bu bağların “Aqrar sığorta haqqında” qanunu müvafiq sığorta edilməsi tələb olunur.
2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan intensiv kinkan bağlarının hər hektarına görə 11600 manat, şabalıd bağlarının hər hektarına görə 800 manat, damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə 9600 manat, damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektara ən azı 4700 tingin əkildiyi moruq bağlarının hər hektarına görə 3200 manat məbləğində əkin subsidiyası ödəniləcək.
Fındıq üzrə əkin əmsalı Qazax və Tovuza şamil edilir.
Tütün üzrə məhsul əmsalı Ağstafa, Gədəbəy, Qazax, Tovuz rayonlarına şamil edilir.
Fermerlər qərarın tam mətni ilə akia.gov.az ünvanlı internet saytında tanış ola bilərlər.
2023-cü il üzrə dövlət büdcəsi çərçivəsində Aqrar Subsidiya Şurası tərəfindən istehsal vasitələrinin qiymətlərinin artımının fermerlərin xərclərinə təsiri nəzərə alınmaqla əmsallara yenidən baxıla bilər və bununla bağlı yeni qərar verildikdə, ictimaiyyətə ayrıca məlumat veriləcək.