Dekabrın 24-dən 26-dək Gənclər və İdman Nazirliyi Azərbaycanda “Birlikdə üzək” adlı üzgüçülük yarışı keçirəcək.
Nazirlikdən verilən məlumata görə, yarışda əsas məqsədi su idmanı növlərinin daha geniş yayılması, inkişaf etdirilməsi, kütləviliyin artırılması və sağlam həyat tərzinin təbliğidir.
Hər bir iştirakçı 30 dəqiqə ərzində ən uzun məsafəyə üzmək uğrunda yarışacaq. Bütün iştirakçılara sertifikat və medal təqdim ediləcək. 30 dəqiqə ərzində ən uzun məsafəyə üzən (hər yaş qrupu üzrə ilk 3 nəfər) iştirakçılar qalib elan ediləcək və hədiyyə olaraq hovuzlara abunəlik qazanacaqlar.
Yarışlar 9 yaşdan yuxarı bütün yaş qruplarında (9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) kişilər və qadınlar kateqoriyalarında keçiriləcək. Yarışlar dekabrın 24-də, 25-də və 26-da hər gün saat 10:00-13:00 və 15:00-18:00 aralığında keçiriləcək.
Yarışlarda iştirak ödənişsizdir. Qeydiyyat üçün registration@mys.gov.az e-mailinə adınızı, soyadınızı, yaşınızı, telefon nömrənizi, yarışacağınız tarixi, vaxtı (10:00-13:00 və ya 15:00-18:00), üzəcəyiniz hovuzun adını yazıb göndərmək və ya sadəcə saat 187 qısa nömrəsinə (yaxud 012-499-79-85) zəng etmək (saat 09:00-dan 18:00-dək) kifayətdir.
Qərb bölgəsində yarışlar aşağıdakı idman komplekslərinin üzgüçülük hovuzlarında keçiriləcək:
Gəncə Olimpiya İdman Kompleksi
Şəmkir Olimpiya İdman Kompleksi
Tovuz Olimpiya İdman Kompleksi