Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

Ermənilərin İranla hücum planı ifşa edildi – İrəvandan reaksiya

9 fevral / 11:11 3 dəq
Sepah yeni
9 fevral / 11:11
Burada sizin reklamınız ola bilər

Dünən Azərbaycan mediası (Haqqin.az və Trend) diplomatik mənbələrə istinadla Ermənistanın İranla birlikdə Azərbaycana qarşı təxribat hücumu hazırladığı haqda məlumat yayıb.

Məlumatda qeyd edilir ki, SEPAH-ın etnik azərbaycanlılardan ibarət qrupu artıq Sünikə (Qərbi Zəngəzur) yerləşdirilib və Ermənistan Müdafiə Nazirliyinin kəşfiyyat idarəsi və Milli Təhlükəsizlik Xidməti ilə hazırlıq işləri aparır.

Əməliyyata SEPAH generalı rəhbərlik edir. Azərbaycan əsgərlərinin formasında olan SEPAH-ın azərbaycanlı qrupu Ermənistanda hücum həyata keçirir, erməniləri öldürməsi imitasiya edilir, azərbaycanca danışırlar və videolar çəkirlər, “buna cavab olaraq” SEPAH-ın əsas qüvvələri laçın və Qubadlı istiqamətində hücuma keçir və s.

“Qərb Xəbər” “Axar.az”a istinadən xəbər verir ki, bu məlumat tirajlandıqdan sonra Ermənistanın Müdafiə Nazirliyi rəsmi açıqlama yayaraq, informasiyanı təkzib edib.

Müdafiə Nazirliyinin mətbuat katibi və Milli Təhlükəsizlik Xidməti direktorunun müşaviri eyni vaxtda və dərhal mediaya açıqlamalarında məlumatı “reallığa uyğun olmayan yalan” adlandırıblar.

Media Müdafiə Nazirliyinin mətbuat xidmətinin Aram Torosyan olduğunu sonradan qeyd edib, ancaq Milli Təhlükəsizlik Xidməti direktorunun müşavirinin adını gizli saxlayıb – buna baxmayaraq, açıqlamanı ikisinin adından tirajlayıblar.

Nədənsə az öncə Azərbaycan mediasında yayılan bu məlumatı hakim partiya deputatları, politoloqlar, media ilə yanaşı, hətta müxalifətdən olan millət vəkilləri də təkzibə girişib.

“Şərəfim var” fraksiyasının deputatı, hakimiyyətə qarşı kəskin mövqeyi ilə seçilən Tiqran Abramyan da məlumatı qətiyyətlə təkzib edib.

Olduqca maraqlıdır: İran və Ermənistanın Azərbaycanla sərhəddə gizli şəkildə təxribata hazırlaşdığı haqda Azərbaycan mediası məlumat yayırsa, bunu Ermənistan müxalifətinin təkzib etməsi hansı məntiqə sığır? Əgər bu gizli hazırlıqdırsa, yalnız hakimiyyətin bəlli strukturları bu barədə məlumatlıdır və onlar da məsələni əlbəttə ki, ört-basdır edəcəklər, təkzib də yayacaqlar. Bəs, radikal müxalifət hansı dəlil-sübutla bu informasiyanı dərhal təkzib etməyə qalxır?

Ən maraqlısı isə odur ki, bu təkziblər ardıcıl gəlir – sanki revanşizmi körükləyən “Şərəfim var” fraksiyası informasiyanın sızmasından hökumətdən daha çox narahatdır.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı