Tovuz rayonunda Bakının bolşevik hərbi birləşmələri, yadelli işğalçılar və daşnaklardan azad edilməsinin 101-ci ili münasibəti ilə konsert təşkil olunub.
Tovuz rayonu Mədəniyyət Evinin təşkilatçılıği ilə keçirilən tədbirdə müğənnilər, rəqqaslar öz məharətlərini göstəriblər.
Tədbirdə gənclər təşkilatlarıyla yanaşı, bir çox dövlət təşkilatları da iştirak ediblər.
Qeyd edək ki, 15 sentyabr 1918-cil tarixinin yazılmasında Nuri Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun xüsusi rolu olub. Bu ordu Bakının azad edilməsində böyük şücaət göstərib, onun tərkibində vuruşan yüzlərlə türk əsgəri şəhidlik zirvəsinə yüksəlib.
Bakının azad edilməsinin böyük əhəmiyyəti vardı. Azərbaycanı Bakısız təsəvvür etmək olmazdı. Milli hökumətin Bakıya köçməsi ilə şimali Azərbaycan bütövləşdi.
Tarixçilərin fikrincə, 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indiki Azərbaycanın paytaxtı olması müşkül məsələyə çevrilərdi. Ona görə ki, bolşeviklər Bakını Azərbaycandan ayıraraq onu muxtar şəhərə çevirməyi planlaşdırmışdılar.
Fotolar müəllifindir.