Noyabrın 22-də saat 19 radələrində Gədəbəy rayonu Düzyurd kənd sakini 1959-cu il təvəllüdlü Vaqif Cəfərovun xəstəxanada ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.
DİN Mətbuat Xidmətinin regional qrupundan “Qərb Xəbər”ə bildirilib ki, araşdırmalarla ağır bədən xəsarətləri ilə xəstəxanaya daxil olan şəxsin ailə üzvləri tərəfindən döyülməsi ilə bağlı şübhələr müəyyən edilib.
Araşdırmalar davam etdirirlir.
Qeyd edək ki, 1959-cu il təvəllüdlü Vaqif Valeh oğlu Cəfərov həyat yoldaşı, 1963-cü il təvəllüdlü Mehri Cəfərovanı bıçaqlayıb.