Dünən gecə Tbilisidə Parlament binasının önündə etiraz aksiyası bərpa edilərək,nümayişlərin 7-ci günündə yenidən başlayıb.
Qerbxeber.com Aktual.ge-ə istinadən xəbər verir ki, aksiyada hökumət əleyhinə şüarlar səsləndirilib.
Əraziyə polis qüvvələri və təcili tibbi yardım maşınları cəlb edilib. Azadlıq Meydanında su reaktiv maşınları və xüsusi təyinatlılar gətirilib.
Azadlıq metrostansiyasının yaxınlığında isə polis vətəndaşları saxlayıb. Polislər bildirir ki, vətəndaşların üzərində yoxlama aparılacaq.