Bölgə xəbərləri

Sabah güclü külək əsəcək

28 dekabr / 15:51 1 dəq
Hava kulc999k2
28 dekabr / 15:51
Burada sizin reklamınız ola bilər

Dekabrın 29-da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

“Qərb Xəbər” bildirir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin küləkli hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Azərbaycanın rayonlarında da dekabrın 29-da qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Paylaş
Burada sizin reklamınız ola bilər