Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Bölgə xəbərləri

İki gün davam edən danışıqlar: Tehran Bakıdan indi nə istəyir?

10 aprel / 00:51 3 dəq
Bay abd
10 aprel / 00:51
Burada sizin reklamınız ola bilər

Bayramovla Abdullahianın telefon danışığında kimin zəng etdiyi açıqlanmasa da təşəbbüsün İran tərəfindən gəldiyi ehtimalı daha çoxdur: Tehran Bakıya qarşı təzyiq siyasətini izləsə də, adekvat addımlar nəticə əldə edə bilmədiyini görür və loyal gediş edir;

Burada İranın iki mümkün məqsədi ola bilər:

Birincisi, Bakıya təzyiq etmədiyini, əksinə, qonşuluq prinsipinə sadiq olduğunu, lakin “Azərbaycanın İrana qarş cəbhə aldığını” nümayiş etdirmək;
İkincisi, Azərbaycanda İran şəbəkəsinə qarşı aparılan əməliyyatların dayanmasına nail olmaq;

Əsas diqqətçəkən məqamlardan biri danışıqların iki raundda aparılmasıdır: İran XİN-in rəsmi məlumatına görə, XİN rəhbərləri dünən gecə və bu gün axşam telefonda danışıb.

Dünən İbrahim Rəisi Ərdoğanla telefonla danışmışdı, görünür, Ankara Tehrana Bakı ilə bağlı “qırmızı xət”lərini izah edib. Bununla yanaşı, “müsəlmanların hamisi” obrazını yaratmaq üçün Fələstin məsələsindən istifadə edən İran İƏT-in təcili tolantısını keçirmək istəyir və mövcud situasiyada bu təşəbbüsünün bütün üzv ölkələr tərəfindən dəstəklənməsində maraqlıdır.

Bu telefon danışığı Azərbaycanın adekvat addımlarının nəticə verdiyini göstərir. Tərəflər ikitərəfləri layihələrin icrası və təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə edib. Bayramov İsraildə səfirlik açmağımıza qarşı çıxan İrana Azərbaycanın müstəqil xarici siyasətinə hörmətlə yanaşılmasının vacibliyini deyib.

Lakin əsas məsələ hələ də açıqdır: İran mövcud siyasətindən əl çəkəcəkmi? Tehranın regional siyasəti bu gözləntini zəiflədir. Bundan əvvəllər də tərəflər bir neçə dəfə münasibətlərin normallaşması ilə bağlı razılıq əldə etsə də, İran siyasətini terror mərhələsinə qədər aparıb çıxardı. Tehranda mövcud rejimin, xüsusilə SEPAH-ın təsirinin artması fonunda Azərbaycana qarşı izlədikləri siyasi xətti davam etdirəcəyi gözləntisi daha çoxdur. O da istisna deyil ki, indi Azərbaycanda öz şəbəkəsinin neytrallaşdırılması prosesinin dayandırılmasını istəyən İran sonrakı mərhələdə “iğtişaşların yaradılması” planlarını da işə sala bilər.

Asif Nərimanlı

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı