Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Kateqoriyasız

Qəhrəmanlar poçt markalarında

6 yanvar / 12:43 2 dəq
867d56cb458436e4b43e5e8fbbfcef85
6 yanvar / 12:43
Burada sizin reklamınız ola bilər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən “Azərbaycan 2020” adlı poçt markaları dövriyyəyə buraxılıb.

Bu barədə Nazirlik məlumat yayıb.

Markalar 2020-ci ilin iki ən əhəmiyyətli hadisəsi – koronavirus pandemiyası və Vətən müharibəsinin əsas qəhrəmanlarına həsr olunub.

Birinci markada əsgər və həkimdən, ikinci markada isə dezinfeksiyaçı və minaaxtarandan ibarət fotokollajlar yerləşdirilib. Məqsəd həm pandemiya dövründə virusla mübarizədə, həm də 44 günlük Vətən müharibəsində şücaət göstərən həmvətənlərimizin adlarının markalar vasitəsilə tarixə yazılması, həmçinin onların bu hadisələrdə göstərdikləri fədakarlığın yerli və əcnəbi filatelistlər arasında təbliğ edilməsidir.

Buraxılışda fotoqraflar Roman İsmayılov, Əziz Kərimov və Tofiq Babayevin fotolarından istifadə olunub. Dizaynı “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən hazırlanmış markalar Belarus Respublikasında hər vərəqdə 8 ədəd, 2 növ marka olmaqla hər növdən 50 min tirajla çap olunub.

Bununla yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı