Parlamentin müstəqil deputatı Tariel Nakaidze, parlamentdə çıxışı zamanı ölkənin azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edib.
“Qərb Xəbər” bildirir ki, Gürcüstan parlamentinin plenar iclasında çıxış edən deputat Novruz və digər bayramların qanunvericiliklə qeyri-iş günü elan edilməsinin vacibliyinə diqqət çəkib.
Nakaidze çıxışında deyib: “Fürsətdən istifadə edərək Gürcüstanda yaşayan həmvətənlərimizin Novruz bayramını təbrik edirəm. Onlara xoş günlər, tamhüquqlu vətəndaş olmaq arzulayıram. Hesab edirəm ki, Gürcüstan rəngarəng, çoxmillətli dövlətdir. Belə bir halda qanunlarda bu rəngarəngliyi təsdiqləyən normaların olması vacibdir.
Novruz bayramı və bir sıra digər etnik və dini azlıqların bayramları qanunla qeyri-iş günü elan edilsin. Ölkəmizdəki rəngarəngliyi qoruyub-saxlamaq istəyiriksə, bu bizim tərəfimizdən atılmış düzgün bir addım olardı”, – deyə Nakaidze vurğulayıb.
24News.ge