Dünya

ABŞ-da xarici tələbələrin vizaları kütləvi şəkildə ləğv olunur

11 aprel / 09:11 1 dəq
67f7f69f0a8ec67f7f69f0a8ed174430377567f7f69f0a8ea67f7f69f0a8eb
11 aprel / 09:11
Burada sizin reklamınız ola bilər

ABŞ-ın ən azı 22 ştatında xarici tələbələr Amerika vizalarının səbəbsiz ləğvi ilə üzləşib.

Qerbxeber.com “NBC”yə istinadən xəbər verir ki, yerli hakimiyyət orqanları bu qərarları heç bir izahat vermədən həyata keçirir.

Məlumata görə, Kaliforniya, Ohayo və Şimali Karolinadakı tələbələr mülki geyimli polis əməkdaşları tərəfindən küçədə saxlanılır.

Hüquqşünaslar hesab edirlər ki, ən çox risk altında olanlar əvvəlcə saxlanılmış, Fələstinlə həmrəylik aksiyalarında iştirak etmiş və ya sosial şəbəkələrdə müəyyən siyasi məzmunlu paylaşımlar etmiş şəxslərdir.

Tələbələr və ali təhsil müəssisələri vizaların ləğvi səbəblərinin qeyri-müəyyənliyi və ABŞ hakimiyyət orqanlarının bu hərəkətlərinin qanuniliyinə dair ciddi narahatlıq ifadə edirlər.

Paylaş
Burada sizin reklamınız ola bilər