Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Qazax rayonunda fəaliyyət göstərən və qəzalı vəziyyətdə olan şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin əsaslı təmiri yekunlaşır.
“Qərb Xəbər” saytının məlumatına görə, demək olar, əsaslı təmir işləri başa çatıb. Son olaraq binanın xarici fasadında və otaqlarda rənglənmə işləri aparılıb. Hazırda lazım olan son tamamlanma işləri görülür.
Qeyd edək ki, Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi XIX əsrdə tikilmiş, 1960-cı ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Qazax şəhəri, M.P.Vaqif küçəsi 24-də yerləşən məktəbin ümumi sahəsi 310 kv.m-dir. Ağstafa Regional Mədəniyyət İdarəsinin balansındadır.