Dünya

Rusiyanın Azərbaycan ərazisindəki sülhməramlı kontingentinin komandanı dəyişib

5 sentyabr / 08:59 1 dəq
6638bc5c e636 396d b59b d453d847bd85
5 sentyabr / 08:59
Burada sizin reklamınız ola bilər

Rusiyanın Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentinin komandanı dəyişib.

Bu barədə “Qərb Xəbər”ə Rusiya Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.

Məlumata görə, bu vəzifə general-mayor Kulakov Kiril Denisoviçə həvalə edilib.

Kulakov 20 iyul 1969-cu ildə anadan olub. 2017-ci ilin mart ayından Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub.

Onun sələfi, general-polkovnik Aleksandr Lentsov cari il aprelin 25-də təyin edilmişdi. O, bu vəzifədə Andrey Volkovu əvəzləmişdi.

Paylaş
Burada sizin reklamınız ola bilər