Bölgə xəbərləri

Şəmkirdə cinayətkarlığa qarşı tədbir keçirilib

21 oktyabr / 08:56 2 dəq
29d6131f d989 3cd4 b02c 3b6d2a65393e
21 oktyabr / 08:56
Burada sizin reklamınız ola bilər

Şəmkir rayonunda İşgəncələrə Qarşı Azərbaycan Komitəsi Azərbaycan Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda cinayətkarlığa qarşı mübarizədə polis vətəndaş münasibətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirib.

“Qərb Xəbər” bildirir ki, bu barədə Komitədən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən komitə sədrinin müavini Elçin Şirinov layihə barədə danışıb.

Layihənin əsas məqsədi Azərbaycanda cinayətkarlığa qarşı mübarizədə vətəndaş – polis münasibətlərinin gücləndirilməsindən və onlar arasında qarşılıqlı inamın inkişaf etdirilməsindən ibarətdir. Bu qarşılıqlı etibar və inamı inkişaf etdirməkdə, ölkədə cinayətkarlığa qarşı birgə mübarizənin gücləndirilməsində ictimai təşəbbüsləri artırmaq, cinayət hallarının azalması və baş vermiş cinayətlərin vaxtında aşkar edilməsində vətəndaşların rolunu artırmaqdır.

Məqsəd, həmçinin, polislərin fəaliyyətinə ictimai marağı artırmaq, əhalidə polis orqanlarına qarşı hər hansı anlaşılmaz münasibətlərin, qorxu psixologiyasını azaltmaq və ictmai hərəkət strategiyasından istifadə edilərək problemin birlikdə həll olunmasına nail olunmaqdır.

Paylaş
Burada sizin reklamınız ola bilər