Şəmkirdə yanğın hadisəsi baş verib.
“Qərb Xəbər” “APA”ya istinadən bildirir ki, hadisə rayonun Dəllərcəyir elektrik yarımstansiyasında qeydə alınb. Yarımstansiyada transformatorda anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.
Stansiyanın əhatə etdiyi ərazilərə elektrik enerjisinin verilməsi dayandırılıb.