“Avropada müharibə gedir. Biz elə bilirdik ki, bu müharibələr kitablarda qalıb. Amma belə deyilmiş”.
“Qərb Xəbər” məlumat verir ki, bu barədə İstanbulda keçirilən mətbuat konfransı zamanı Avropa Komissiyasının miqrasiya və təhlükəsizlik siyasətinin əlaqələndirilməsi üzrə vitse-prezidenti Marqaritis Şinas deyib.
“Biz ukraynalı miqrantlara misli görünməyən köməklik göstərdik, onlara sənədləri asanlaşdırılmış şəkildə təqdim etdik. İndi isə onların yaşayış yeri məsələsini də həll etməliyik”, – o vurğulayıb.
Marqaritis Şinas, Türkiyə və Aİ arasında miqrasiya sahəsində olan əməkdaşlığın nümunəvi olduğunu qeyd edib: “Türkiyə milyonlarla miqranta ev sahibliyi edir. Biz bu məsələdə Türkiyəyə dəstək üçün 6 milyard avro cəlb etmişik. Avropada miqrasiyanı qaralamaq istəyən çox siyasətçi var, amma biz bununla mübarizə aparmalıyıq”.