Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Yaponiyada ilk dəfə olaraq orqanları insanlara köçürülə bilən donuz yetişdirilib

13 fevral / 08:47 2 dəq
A8cf73f9 1cc7 3b6c 884e 7afdc695c859
13 fevral / 08:47
Burada sizin reklamınız ola bilər

Yaponiyada ilk dəfə olaraq, geni dəyişdirilmiş donuz uğurla yetişdirilib, onun orqanları sonda insanlara köçürülə bilər.

“Qərb Xəbər”in məlumatına görə, bu barədə Meydzi Universitetinin tabeliyində fəaliyyət göstərən “PorMedTec” şirkəti məlumat yayıb.

Əvvəlcə yerli biotexnologiya şirkəti tərəfindən ABŞ-da ksenotransplantasiya (heyvan orqanlarının insan orqanizminə köçürülməsi) məqsədilə geni dəyişdirilmiş donuzların yetişdirilməsi üçün müvafiq texnologiya hazırlanıb. Yapon mütəxəssislər ABŞ-dan gətirilən hüceyrələrdən istifadə edərək donuz balasını uğurla klonlaya biliblər.

Vurğulanır ki, gələcəkdə orqanlarının insanlara köçürülməsi planlaşdırılan geni dəyişdirilmiş donuz Yaponiyada ilk dəfə doğulub.

“Donuz balasının sağ-salamat doğulmasından məmnunuq, lakin bu, yalnız başlanğıcdır. Yaponiyada ksenotransplantasiyanın klinik tətbiqi ilə bağlı müzakirələrin irəliləyişini səbirsizliklə gözləyirik. Biz tədqiqatlarımızı davam etdirəcəyik, eyni zamanda, ilk növbədə, təhlükəsizliyə diqqət yetirəcəyik. etika ilə bağlı məsələləri müzakirə etməyə davam edirik”, – NHK telekanalı Meydzi Universitetinin professoru və “PorMedTec”in direktoru Hiroşi Naqaşimadan sitat gətirir.

Artıq 2024-cü ildə yapon mütəxəssisləri geni dəyişdirilmiş donuzdan meymunun bədəninə orqanların köçürülməsinə başlamağı gözləyirlər – bu, insan orqanizminə transplantasiya arasında aralıq mərhələdir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı