Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Sosial

Tovuz Günərzi Qayğı Mərkəzinə baxış olub

15 avqust / 13:04 3 dəq
Tovuz center 150819 (1)
15 avqust / 13:04
Burada sizin reklamınız ola bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov nazirliyin sifarişi ilə Tovuz rayonunda yaradılmış günərzi qayğı mərkəzinin fəaliyyətinə baxış keçiriblər.

S.Babayev mərkəzin kollektivi ilə görüşündə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 iyun 2019-cu il tarixli Sərəncamının icrası işləri çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi işləri aparılır. Ölkəmizin bölgələrindəki günərzi xidmət mərkəzlərinin sayı da artırılır. Yəni bu mərkəzlərin sayı iki dəfədən çox artırılaraq 60-a yaxın olacaq. Bununla artıq demək olar ki, hər bir bölgədə müvafiq kateqoriyadan olan uşaqlar üçün günərzi xidmət mərkəzi olacaq.

Mərkəzdə yaradılmış şərait, buradakı günərzi qayğı xidmətləri, uşaqlarla aparılan işlər nəzərdən keçirilib. S.Babayev mərkəzin fəaliyyəti, uşaqlara göstərilən reabilitasiya yönümlü sosial xidmətlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Mərkəzin fəaliyyətində məqsəd çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasıdır. Buraya uşağını təkbaşına böyüdən ailələrin sosial təhlükəli vəziyyətdə olan uşaqları, habelə aztəminatlı (sosial yardım təyin edilmiş) ailələrin uşaqları cəlb edilib.

Mərkəzdə 30-dək uşağın (3-12 yaş arasında) yarımstasionar şəraitdə təlim-tərbiyəsi, qidalanmaları, müxtəlif dərnəklər vasitəsilə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır. Burada pedaqoqlar, tərbiyəçilər, sosial işçilər, psixoloqlar, musiqi müəllimi, aşbaz və digər işçilər fəaliyyət göstərir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı