Sosial

Laçın şəhərinə bir neçə ailə yola salınıb

25 iyun / 11:14 1 dəq
Indir 2023 06 25T111431.280
25 iyun / 11:14
Burada sizin reklamınız ola bilər

Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.

“Qərb Xəbər” xəbər verir ki, daha 53 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür.

Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Qeyd edək ki, bununla da Laçın şəhərində 70 ailə, yəni 266 nəfərin daimi məskunlaşması təmin edilib.

Paylaş
Burada sizin reklamınız ola bilər