Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Hadisə

Səbinə Əliyeva: “I Qarabağ müharibəsində amansız işgəncələrlə qətlə yetirilmiş azərbaycanlılar qeyri-insani formada dəfn olunublar”

31 mart / 14:18 2 dəq
398eac96 03ca 3752 bae4 fc8c270573f1
31 mart / 14:18
Burada sizin reklamınız ola bilər

“İşğaldan azad olunmuş ərazilərdə kütləvi məzarlıqların aşkar edilməsi bir daha təsdiq edir ki, Birinci Qarabağ müharibəsi dövründə əsir və girov götürülmüş azərbaycanlılar beynəlxalq humanitar hüquq normalarına zidd olaraq amansız işgəncələrlə qətlə yetirilərək qeyri-insani formada dəfn olunublar”.

“Qərb Xəbər” xəbər verir ki, bunu Ombudsman Səbinə Əliyeva Qubada 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar “Etnik təmizləmə və soyqırımı cinayətlərinin hüquqi aspektləri: tarixi faktlar kontekstində” mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, Azərbaycana qarşı uzun illər ərzində həyata keçirilmiş milli nifrət zəmində etnik təmizləmə, soyqırımı, terrorçuluq və işğal siyasəti sonrakı illərdə də davam etdirilib:

“Bunun acı nəticəsi olaraq müasir dövrümüzdə də çoxsaylı soydaşlarımız Ermənistanın müharibə cinayətlərinin qurbanına çevrilərək amansızcasına qətlə yetirilib və ya əlilliyə səbəb olan müxtəlif ağır xəsarətlər alıb, habelə əsir və itkin düşüb, girov götürülüb. Ermənistan isə hələ də itkin düşmüş şəxslərin taleyi barədə məlumatı, eyni zamanda kütləvi məzarlıqların və minalanmış ərazilərin dəqiq xəritələrini təhvil verməkdən müxtəlif bəhanələrlə boyun qaçırır”.

Ombudsman onu da vurğulayıb ki, çoxsaylı insan itkilərinə və xəsarətlərə səbəb olan mövcud mina problemi azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq və bərpa işlərinə ciddi maneə yaradır, təhlükəsiz qayıdışı ləngidir.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı