Son Xəbərlər
Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib Araqçı: Bəzi məsələlər barədə razılıq əldə olunub ABŞ İsveçrə danışıqlarından bütün tərəflərin razı qaldığını bildirib Tramp: Biz İrana yenidən, keçən həftəki kimi, lakin daha güclü zərbə vuracağıq” ŞƏMKİRDƏ AQRAR SAHƏDƏ YENİ DÖVLƏT PROQRAMININ MÜZAKİRƏSİ İLƏ BAĞLI REGİONAL MÜŞAVİRƏ KEÇİRİLİB Qazax Rayon İcra başçısı dolu və leysandan zərər dəymiş evlərə baxış keçirib İran nümayəndə heyəti danışıqları tərk edib Vens: İran ABŞ-nin şərtlərini yerinə yetirsə, münasibətlər köklü şəkildə dəyişəcək Heqset: İran razılaşmadan sonra neft ixracını bərpa edə bilər Pezeşkian: İran Təhlükəsizlik Şurası ABŞ-la dialoqu davam etdirmək qərarı verib NATO təyyarələri Rusiya və Belarus sərhəddi yaxınlarında uçuşlar edib
Dünya

Kreml Paşinyanın Azərbaycana qarşı səsləndirdiyi iddiaları təsdiq etməyib

20 noyabr / 14:31 2 dəq
Kremlin
20 noyabr / 14:31
Burada sizin reklamınız ola bilər

Kremlin mətbuat katibi Dmitri Peskov Ermənistanın Baş naziri Nikol Paşinyanın Bakının guya rəsmi İrəvana qarşı “Qərbi Azərbaycan” konsepsiyası irəli sürməsi ilə bağlı açıqlamalarına münasibət bildirib.

“Qərb Xəbər” məlumat verir ki, Kreml rəsmisi Azərbaycandan dövlət səviyyəsində belə açıqlamalar eşitmədiyini, əksinə rəsmi Bakının sülh gündəliyinə sadiq açıqlamalar verdiyini bildirib.

“Təəssüf ki, mən Paşinyanın sözləri ilə bağlı heç nə deyə bilmərəm, çünki Azərbaycanın dövlət səviyyəsində bu cür bəyanatları ilə tanış deyiləm. Biz ölkə rəhbərliyindən, Azərbaycan rəhbərliyindən tamamilə başqa açıqlamalar eşitmişik, hansı ki, bir mərhələnin başa çatmasından və sülh müqaviləsinin bağlanması üçün yekun mərhələyə hazır olmaqdan bəhs edir”, – Peskov jurnalistlərə bildirib.

“Ona görə də mən hazırda cənab Paşinyanın bəyanatının bu hissəsi barədə konkret heç nə deyə bilmərəm”, – Peskov əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Paşinyan bildirib ki, Azərbaycanın bəzi addımları Ermənistana qarşı yeni hərbi əməliyyatlara hazırlaşdığı təəssüratı yaradır. Ermənistanın Baş nazirinin sözlərinə görə, Azərbaycanda rəsmi səviyyədə Ermənistan ərazisini Qərbi Azərbaycan adlandırılmağa başlayıb.

Paylaş
Burada sizin reklamınız ola bilər

Bu gün paylaşılan digər xəbərlər

Bu gün heç bir yeni xəbər yayımlanmadı