Qerbxeber.com internet kanallarına istinadən xəbər verir ki, Rusiya hərbçilərinin cəsədlərinin toplu məzarlıqlara basdırıldığı iddia edilən görüntülər yayılıb.
Bildirilir ki, dəfn prosesi sənaye miqyasında aparılır. Cəsədlər böyük yük maşınları ilə daşınır və ekskavatorlarla qazılmış çuxurlara yerləşdirilir.
Bu praktikanın həm ideoloji, həm də iqtisadi səbəblərlə əlaqəli olduğu iddia edilir: itkilərin miqyasını gizlətmək və ailələrə kompensasiya ödənişlərindən yayınmaq.