Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti – GIZ-in həyata keçirdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin İqtisadi və Sosial İnkişafı” (EPIC) layihəsi Mingəçev şəhərində “Qadına Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü” qeyd edib.
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) sifarişi əsasında Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) GmbH Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində icra etdiyi “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı”(EPIC) layihəsi çərçivəsində Mingəçevir şəhər “Gənclər Evi” və “Human Foundation” tərəfindən dəstəklənən “Qadına Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü” tədbiri 7 Dekabr tarixində həyata keçirildi.
BMT Baş Assambleyasının 7 Fevral 2000-ci il tarixli qətnaməsi ilə 25 Noyabr “Qadına Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü” kimi qeyd edilir. Məhz bu günə görə hər il dünyanın bir çox ölkəsində maarifləndirmə məqsədilə minlərlə tədbirlər həyata keçirilir.
Tədbirin birinci hissəsində HUMAN Fondunun təşkil etdiyi “YOU CAN” (“SƏN BACARARSAN”) layihəsinə start verildi. YOU CAN layihəsi (#youcan) həyatın maneələrinə baxmayaraq, uğur qazanmış insanların çıxışlarını əhatə etmişdir Layihənin məqsədi insanları motivasiyalandırmaq və düzgün istiqamətləndirməkdir.
Tədbirin ikinci hissəsində isə “SÜKUT” adli sərgi təşkil olunub . Sərgi bullinq və təzyiqə məruz qalaraq intihar edən və digər növ zorakılıqlara məruz qalaraq, həyatını itirən kəslərin xatirəsinə həsr olunub. Sərgi 1 həftə davam edəcək.
Tədbirdə layihənin hədəf bölgələrindən olan 60 nəfər iştirak etmişdir.