Dünya

“Minsk heç bir hərbi əməliyyatı dəstəkləmir” – Lukaşenkodan geri addım

19 mart / 16:25 1 dəq
Aleksandr Lukaşenko
19 mart / 16:25
Burada sizin reklamınız ola bilər

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Minsk nə Rusiya, nə Ukrayna, nə də digər dövlətlər tərəfindən heç bir hərbi əməliyyatı dəstəkləməyib və dəstəkləmir.

“Mən heç vaxt heç bir hərbi əməliyyatı dəstəkləməmişəm və dəstəkləməyəcəyəm də… Nə Rusiya, nə Yaponiya, nə Amerika, nə də Ukrayna tərəfindən. Müharibə qəbuledilməzdir”, – deyə Lukaşenko Yaponiyanın TBS telekanalına müsahibəsində deyib.

Eyni zamanda, Belarus prezidenti xatırladıb ki, Minsk və Moskva müttəfiqdirlər və onların ən yaxın münasibətləri məhz hərbi-siyasi sahədədir. /

Qaynaq: RİA Novosti

qerbxeber.com

Paylaş
Burada sizin reklamınız ola bilər