Dünya

Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək

10 iyun / 11:55 1 dəq
Dc6d5d267d1c1879c0f1d98b982bf56e
10 iyun / 11:55
Burada sizin reklamınız ola bilər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 10-da Türkiyəyə səfər edəcək.

Qerbxeber.com   bildirir ki,bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat verib.

Məlumata görə, Azərbaycan dövlət başçısı qardaş ölkəyə işgüzar səfər edəcək.

Ankarada keçiriləcək danışıqlarda Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətlər bütün aspektləri ilə nəzərdən keçiriləcək, əməkdaşlığın daha da dərinləşdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşlərdə ikitərəfli əlaqələrlə yanaşı, aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparılacaq.

Paylaş
Burada sizin reklamınız ola bilər