Mayın 26-da keçirilən imtahanların nəticəsi nə vaxt bilinəcək?
Mayın 26-da keçirilən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında 49 minə yaxın abituriyent iştirak edib. Mayın 27-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılıb.
Dövlət İmtahan Mərkəzindən Qerbxeber.com-a bildirilib ki, II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin növbəti həftə açıqlanacaq.
Qeyd olunub ki, imtahan cavablarının gələn həftənin əvvəli elan olunması nəzərdə tutulur.
Bu gün paylaşılan digər xəbərlər
Bu gün heç bir yeni xəbər yayımlanmadı